Ən son xəbərlər:

14.05.2023/ 07:11/ Rusiya Finlandiya vətəndaşlarının “ərzaq və yanacaq” turizmində ixtisarlar edir

Rusiya Finlandiya vətəndaşlarının “ərzaq və yanacaq” turizmində ixtisarlar edir.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, Rusiya sərhədçiləri avtomobillərini doldurmaq və ərzaq almaq üçün Rusiyaya gedən Finlandiya vətəndaşları üçün vizaları ləğv edir. Bu barədə şənbə günü Helsingin Sanomat qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, mayın 11 və 12-də Vaalima və Nuijamaa sərhəd məntəqələrində onlarla belə hal baş verib.

Qəzet qeyd edir ki, finlər özəl viza mərkəzləri vasitəsilə alınan çoxsaylı iş vizası ilə Rusiyaya alış-veriş etməyə və benzin almağa gedirlər. Öz növbəsində, Rusiya qanunlarına görə, belə səfərlər işgüzar səfər deyil, lakin buna baxmayaraq, Rusiya hakimiyyəti indiyədək buna göz yumub,  – nəşr belə vurğulayır.