Ən son xəbərlər:

14.05.2023/ 06:51/ Zelenski İtaliyaya səfər edib

Zelenski İtaliyaya səfər edib.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü səhər Romanın Çiampino hava limanına gəlib. “Corriere della Sera” qəzetinin məlumatına görə, onu hava limanında İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani qarşılayıb.

Zelenskinin İtaliyaya səfəri ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Mənbələr qeyd ediblər ki, Zelenskinin səfəri dövlət səfəri sayılmır.

Ukrayna lideri üç aydan az müddətdə ikinci dəfə baş nazir George Meloni ilə görüşəcək. Zelenski çox güman ki, onunla silah təchizatı məsələsini müzakirə edəcək.