Ən son xəbərlər:

14.05.2023/ 05:44/ G7-lər iqtisadi məcburiyyətlərə qarşı mübarizə tədbirlərini elan edə bilər

G7-lər iqtisadi məcburiyyətlərə qarşı mübarizə tədbirlərini elan edə bilər.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, G7-lərin bəyanatında Çin tərəfindən iddia edilən “iqtisadi məcburiyyət” bəndi ola bilər.

Yeddilər Qrupu ölkələri mayın 18-21-də Yaponiyanın Xirosima şəhərində keçiriləcək sammitdə birgə kommünike çərçivəsində ÇXR tərəfindən iddia edilən iqtisadi məcburiyyətlərə qarşı mübarizə tədbirlərini elan etmək niyyətindədirlər. Bu barədə cümə günü Reuters agentliyi ABŞ administrasiyasının rəsmisinə istinadən məlumat yayıb.

G7-nin əsas bəyanatında iqtisadi məcburiyyət və müşahidə etdiyimiz digər davranışlar da daxil olmaqla, məsələlərin siyahısı ilə bölməsi olacaq, – agentliyə belə bildirilib.