Pentaqon Fars körfəzində hərbi mövcudluğunu gücləndirmək qərarına gəlib.
xeberaz.info interfax.ru-ya istinadən bildirir ki, Pentaqon cümə günü ABŞ-ın Fars körfəzi regionunda hərbi mövcudluğunun artırılmasına yönəlmiş bir sıra addımlar barədə məlumat verəcək. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib.
Pentaqon Fars körfəzindəki hərbi mövcudluğunu artıracaq, – Kirbi ABŞ mediasından sitat gətirib.
O qeyd edib ki, belə bir qərar İran tərəfindən kommersiya gəmilərinə qarşı dəfələrlə təhdidlər səbəbindən verilib.
Eyni zamanda Kirbi qeyd edib ki, ABŞ Tehranla münasibətlərdə münaqişə və ya eskalasiyaya can atmır.
Mayın əvvəlində İran Hörmüz boğazında Panama bayrağı altında neft tankerini, aprelin sonunda Oman körfəzində Marşal adalarının bayrağı altında neft tankerini saxlayıb. Saxlanılan hər iki tanker Bəndər Abbas liman şəhəri sahillərində lövbər salıb.