Ən son xəbərlər:

12.05.2023/ 16:34/ Ukrayna Avropa qitəsini Şərqin təcavüzündən qoruyan əsas halqadır

Ukrayna  Avropa qitəsini Şərqin təcavüzündən qoruyan əsas halqadır.

Polşa Senatı Ukraynanın NATO-ya tezliklə daxil olmasını dəstəkləyib.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Polşa Senatı İsveç və Finlandiyadan nümunə götürərək Ukraynanın NATO-ya sürətlə daxil olmasına çağırıb.

Polskie Radiosunun məlumatına görə, müvafiq qətnamə yekdilliklə qəbul edilib.

Bir il davam edən dəhşətli müharibədən sonra biz bilirik ki, Ukrayna Rusiyaya qarşı durmaqla Avropanı qoruyur və qitəni Şərqin təcavüzündən qoruyan əsas halqadır”, – sənəddə belə deyilir.

Orada həmçinin deyilir ki, NATO-nun Vilnüsdə keçiriləcək sammiti zamanı Ukrayna “açıq qapı siyasəti ilə bağlı əvvəlki bəyanatlardan daha çox” almalıdır.