Ən son xəbərlər:

12.05.2023/ 09:29/ Aİ Rusiyaya qarşı daha sərt enerji sanksiyaları tətbiq edir

12.05.2023/ 09:26/ Aİ Rusiyaya qarşı daha sərt enerji sanksiyaları tətbiq edir

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Avropa İttifaqı ölkələrinin anti-Rusiya enerji sanksiyalarının sərtləşdirilməsinə etirazı yoxdur. Bu barədə “Politico” mənbələrə istinadən yazır.

Materialda deyilir ki, Aİ ölkələrinin nümayəndələri 11-ci sanksiyalar paketinin texniki məsələlərini müzakirə ediblər.

Nəşr bildirir ki, hazırda enerji sahəsində mövcud sanksiyaların sərtləşdirilməsinə ciddi etiraz yoxdur.

Mayın 9-da Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Aİ-nin yeni anti-Rusiya sanksiyalar paketi mövcud məhdudiyyətlərdən yayınmağa qarşı mübarizəyə yönələcək.

O qeyd edib ki, Aİ on sanksiya paketi tətbiq etməklə Rusiyanın imkanlarını sarsıdıb.

The Spectator yazıb ki, Qərbin planları dünyanın qalan hissəsi Rusiyaya qarşı iqtisadi müharibə aparmaq istəmədiyi üçün uğursuzluğa düçar olub.

Qeyd olunur ki, sanksiyaların nəticəsi Rusiyanın Qərbə təslim olması olub, lakin digər dövlətlərin onunla əməkdaşlıq etmək istəyi bu planları pozub.