Ən son xəbərlər:

12.05.2023/ 07:21/ Rusiya Federasiyası Polşa ilə elm və texnologiya sahəsində əməkdaşlıq haqqında sazişi ləğv edir

Rusiya Federasiyası Polşa ilə elm və texnologiya sahəsində əməkdaşlıq haqqında sazişi ləğv edir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi 1993-cü ildə Rusiya Federasiyası və Polşa hökumətləri arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında sazişin ləğv edildiyini elan edib.

3 may 2023-cü ildə Rusiya Federasiyası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında 1993-cü il avqustun 25-də Varşavada imzalanmış Saziş ləğv edilib, – deyə rəsmi məlumatda bildirilir. Rusiya Xarici İşlər Nazirliyinin bu barədə cümə axşamı hüquqi məlumatların rəsmi internet portalında dərc edilib.