Ən son xəbərlər:

12.05.2023/ 07:00/ Polşada Ukraynaya təhvil verilən tank və təyyarələrin sayı hesablanıb

Polşada Ukraynaya təhvil verilən tank və təyyarələrin sayı hesablanıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Qərb Kiyevə 14-ü Polşa tərəfindən ayrılmış 28 təyyarə və 325-i Polşa olmaqla 575 tank verib. Bu barədə cümə axşamı Polşanın Aİ yanında Daimi Nümayəndəliyi Twitter səhifəsində məlumat yayıb.

Bu günə qədər Ukraynaya verilən 575 tankdan 325-i Polşa, 85 tankla Fransa ikinci, Almaniya 80 tankla üçüncü, ABŞ 76 tankla dördüncü yerdədir. Bundan əlavə, 28 təyyarə təhvil verilib. Kiyevdən bu günə qədər Polşa 14 MiQ-29-u təhvil verib”, – daimi nümayəndəlikdən belə bildiriblər.