Ən son xəbərlər:

12.05.2023/ 06:30/ Rusiya böyük Avropa müharibəsinə hazırlıq mərhələsinə qədəm qoyub

Rusiya böyük Avropa müharibəsinə hazırlıq mərhələsinə qədəm qoyub.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Hərbi ekspert Rusiya Federasiyasının “böyük Avropa müharibəsi”nə hazırlaşdığını bəyan edib. Bu baxımdan, qərb istiqamətində Rusiya arsenallarının doldurulması müşahidə olunur.

Bunun sonda baş tutub-tutmayacağı məlum deyil, lakin hazırlıq gedir, Vladislav Şurıgin “Qovorit Moskva” radiostansiyasının efirində belə bildirib.

“Hamı başa düşür ki, müharibə, çox güman ki, təkcə Ukrayna ilə bitməyəcək. Qərb istiqamətində arsenalların doldurulması var. Yəni biz indi böyük Avropa müharibəsinə hazırlıq mərhələsinə keçmişik. Bunun baş verib-verməyəcəyi açıq sualdır. Ancaq buna hazır olmağımız sual deyil. Hazır olmayacağıq, o zaman mütləq baş tutacaq. Ona görə də burada çox çətindir”.

Bundan əvvəl Aleksey Puşkov bildirib ki, NATO Rusiya ilə birbaşa hərbi münaqişəyə doğru irəliləyir. Senator vurğulayıb ki, bunu ancaq korlar görmür.