Ən son xəbərlər:

12.05.2023/05:15/ Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Rusiyanın Stavropol şəhərində tədbir keçirilmişdir

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Rusiyanın Stavropol şəhərində tədbir keçirilmişdir.

xeberaz.info patriot.tvaz-a istinadən bildirir ki, 10 May 2023-cü il tarixində müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Rusiyanın Stavropol şəhərində tədbir keçirilmişdir.

Tədbiri Stavropol regional Azərbaycanlıların milli-mədəni mərkəzinin “Odlar-Yurdu” təşkilatının prezidenti Fəxrəddin Yarıyev açaraq, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir .

Tədbirdə Odlar Yurdu diaspora təşkilatının Axsaqqalar Şurasının sədri İsgəndər Tağıyev, Qadınlar Şurasının sədri Bəsti Mütəllimova, Gənclər təşkilatının sədri Seymur Babayev, Nevinnamnşki üzrə diaspora nümayəndələri Arif Nağıyev, Müşviq Hüseynov, Qaraçay Çərkəz Respublıkasından diaspora sədri İlham Əhmədov, Haqverdi Məmmədov və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbirin sonunda Stavrapol şəhərində fəaliyyət göstərən, bazar günü məktəbinin “Odlar-Yurdu rəqs qrupu konsert proqramı ilə çıxış etmişdir.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.