Ən son xəbərlər:

09.05.2023/ 18:57/ Kiyev iyul sammitində NATO-ya siyasi dəvət gözləyir

Kiyev iyul sammitində NATO-ya siyasi dəvət gözləyir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, İyulun 11-12-də alyansın Vilnüsdə keçiriləcək sammitində Ukrayna NATO-ya siyasi dəvət alacağını gözləyir. Bunu Ukrayna baş nazirinin müavini Olqa Stefanişina deyib.

Ukraynanın NATO-ya siyasi dəvəti mümkündür və biz bunu Vilnüsdə gözləyəcəyik. Ümid edirik ki, müttəfiqlər sammitdə bunu müzakirə etməyə hazır olacaqlar”, – Rusiya KİV-ləri onun sözlərindən sitat gətirir.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansındakı bütün müttəfiqlərin Ukraynanın alyansa üzv olması ilə razılaşdığını bildirib.

Macarıstanın baş naziri Viktor Orban bu açıqlamaya təəccüblə reaksiya verib.

Kreml Ukraynanın NATO-ya qəbulunun Rusiya üçün yeni əhəmiyyətli təhlükə yaradacağını vurğulayıb.