Ən son xəbərlər:

09.05.2023/ 18:33/ G7 Xirosimada Rusiyaya qarşı sanksiyaların saxlanması və Ukraynaya dəstəyi müzakirə edəcək

G7 Xirosimada Rusiyaya qarşı sanksiyaların saxlanması və Ukraynaya dəstəyi müzakirə edəcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, G7 ölkələri may ayında Yaponiyada keçiriləcək sammitdə Rusiya əleyhinə sanksiyaların saxlanması və Ukraynaya dəstək məsələsini müzakirə edəcəklər.

Bu barədə Yaponiyanın ABŞ-dakı səfiri Koji Tomita məlumat verib.

Onlar, şübhəsiz ki, yenidənqurma və bərpa sahəsində də daxil olmaqla, Ukraynaya çox güclü dəstəyin davam etdirilməsini müzakirə edəcəklər”, – TASS Tomitadan sitat gətirir.

Tomita qeyd edib ki, Böyük yeddilik ölkələrinin nümayəndələri Rusiyaya qarşı atılan sərt tədbirləri necə qoruyub saxlamağı da müzakirə edəcəklər.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Qərbin sanksiyalarının uzun müddət davam edəcəyini, ona görə də uzunmüddətli perspektivdə ölkənin suveren inkişafı üçün tədbirlərin işlənib hazırlanmasının zəruriliyi ilə bağlı fikirlərini bildirmişdi.