Ən son xəbərlər:

09.05.2023/ 18:09/ Zelenski atəşkəs olacağı təqdirdə Krımın ələ keçirilməsini istəyir

Zelenski atəşkəs olacağı təqdirdə Krımın ələ keçirilməsini istəyir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski Moskva ilə Kiyev arasında müvəqqəti barışıq əldə olunarsa, Donbass və Krımı ələ keçirmək fikrindən əl çəkməyəcək.

Bu barədə Kolorado Universitetinin Siyasi Elmlər üzrə dosenti Peter Harris 19FortyFive üçün yazdığı məqalədə bildirir.

Ekspertin fikrincə, mümkün barışıq Kiyev hakimiyyətinin revanşist əhval-ruhiyyəsini səngitməyəcək.

Kiyev liderləri çox güman ki, itirilmiş əraziləri geri almaq üçün daxili təzyiqlə üzləşəcəklər, – Harris belə bildirib.

Bir müddət əvvəl Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın Ukraynadakı münaqişənin Kiyev üçün “mövqe qazancları” ilə bitməsi ehtimalının az olduğu fikrini bildirib.