Ən son xəbərlər:

09.05.2023/ 17:01/ Aİ nüvə sazişini canlandırmaq üçün hər cür səy göstərəcək

Aİ nüvə sazişini canlandırmaq üçün hər cür səy göstərəcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) Aİ üçün vacibdir, ona görə də “biz bütün tərəfləri razılığa qaytarmaq üçün səy göstərməyə çalışırıq”. Müvafiq bəyanatı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel verib. Bu barədə bu gün, mayın 9-da İranın İRNA xəbər agentliyi məlumat yayıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Aİ diplomatı Cozep Borrell telefonla Avropadakı son hadisələri, İran və Aİ arasında aparılan danışıqları və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

İranın xarici işlər naziri bəyan edib ki, İslam Respublikası həmişə konstruktiv təşəbbüsləri alqışlayır:

Qarşılıqlı hörmətə əsaslanan dialoq Avropa ilə İran arasında münasibətlər yolunda maneələrin aradan qaldırılması üçün mühüm addımdır”.

Borrell, öz növbəsində, Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) Avropa İttifaqı üçün vacib olduğunu və Aİ-nin bütün tərəfləri razılığa qaytarmaq üçün səylərini davam etdirəcəyini söyləyib.

O, həmçinin İran və MAQATE arasında əməkdaşlığı yüksək qiymətləndirərək, prosesi “faydalı” adlandırıb.

Avropa İttifaqının yüksək rütbəli diplomatı həmçinin İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını alqışlayaraq, bunu Qərbi Asiyada sabitliyin möhkəmləndirilməsi istiqamətində mühüm addım adlandırıb.