Ən son xəbərlər:

09.05.2023/ 14:15/ Hazırda Ukraynada sülh danışıqları qeyri-mümkündür

Hazırda Ukraynada sülh danışıqları qeyri-mümkündür.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, BMT-nin baş katibi Antonio Quterreş hazırda Ukraynada sülh danışıqlarının mümkünsüz olduğu qənaətindədir.

Çərşənbə axşamı İspaniyanın “Pais” qəzetinə verdiyi müsahibədə o, “Təəssüf ki, sülh danışıqlarının indi qeyri-mümkün olduğuna inanıram” deyib. “Hər iki tərəf qalib gələ biləcəklərinə əmindir.”

“Bizim gördüyümüz iş, mümkün qədər konkret problemlərin həlli üçün hər iki tərəflə dialoqdur”, – deyə BMT-nin baş katibi əlavə edib. “Ən mühüm təşəbbüs Ukraynadan taxıl və Qara dəniz vasitəsilə Rusiyadan ərzaq və gübrə məhsullarının ixracı idi”.

“Hazırda mən qlobal atəşkəs və sülh danışıqlarının dərhal əldə edilməsi üçün heç bir imkan görmürəm – biz gələcəkdən danışmırıq”, – Quterreş təkrarlayıb. Eyni zamanda, o, gələcəkdə belə danışıqların mümkün olacağına ümid etdiyini bildirib.