Ən son xəbərlər:

09.05.2023/ 13:38/ Yaponiya və Cənubi Koreya ABŞ ilə radar sistemlərini birləşdirəcək

Yaponiya və Cənubi Koreya ABŞ ilə radar sistemlərini birləşdirəcək.

xeberaz.info kommersant.ru-ya  istinadən xəbər verir ki, Yaponiya və Cənubi Koreyanın müdafiə nazirlikləri iyunun əvvəlində Şimali Koreyanın ballistik raketləri haqqında məlumat mübadiləsi aparmaq üçün radarlarının Amerika sisteminə qoşulması barədə razılığa gəlməyi planlaşdırır. Bu barədə “Reuters” məsələ ilə bağlı məlumatlı mənbəyə istinadən yazır.

Agentliyin məlumatına görə, iyunun 2-dən 4-nə kimi Sinqapurda keçirilməsi planlaşdırılılan Asiya Müdafiə Sammiti (IISS Shangri-La Dialogue) çərçivəsində razılıq əldə edilməlidir.. “Reuters”in məlumatına görə, Yaponiya, Cənubi Koreya və ABŞ-ın müdafiə nazirləri sammit zamanı radar sistemlərinin birləşdirilməsi məsələsini müzakirə edəcəklər.

Hazırda Yaponiya və Cənubi Koreya ABŞ-ın radar sistemləri ilə birgə deyil, ayrı-ayrılıqda qoşuludur. Reuters bildirir ki, birləşmiş sistemlər real vaxt rejimində Şimali Koreya raketləri haqqında məlumat mübadiləsini sürətləndirəcək. Tərəflər bu məqsədə hələ 2022-ci ilin payızında, Şimali Koreya müntəzəm olaraq ballistik raketlər buraxmağa başlayanda səy göstərməyə razılaşıblar.