Ən son xəbərlər:

09.05.2023/ 08:47/ Kanada Çin diplomatını persona non-qrata elan edib

Kanada Çin diplomatını persona non-qrata elan edib.

xeberaz.info interfax.ru-ya  istinadən xəbər verir ki, Kanadanın xarici işlər naziri Melani Coli Çinin Torontodakı Baş Konsulluğunun diplomatı Zhao Vei persona non-qrata elan edib.

Kanada Zhao Wei persona non qrata elan etmək qərarına gəlib. Biz daxili işlərimizə hər hansı formada xarici müdaxiləyə dözməyəcəyik, – Kanada hökuməti öz saytında yerləşdirilən bəyanatda belə deyilir.

Qeyd olunur ki, bu qərar bütün amillərin hərtərəfli öyrənilməsindən sonra qəbul edilib.

Kanada mətbuatı diplomatın Mühafizəkarlar Partiyasından olan kanadalı deputatın ailəsi haqqında kəşfiyyat məlumatları toplamaq ittihamı ilə ölkədən çıxarıldığını bildirib.

Öz növbəsində Çinin Ottavadakı səfirliyi öz diplomatının ölkədən çıxarılmasını qətiyyətlə pisləyib və Kanada hökumətinə etiraz notası göndərib.