Ən son xəbərlər:

09.05.2023/ 06:57/ Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüşmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüşmək barədə razılığa gəliblər.

xeberaz.info Avropa İttifaqı Şurasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan liderləri mayın 14-də Brüsseldə görüşmək barədə razılığa gəliblər.

Azərbaycan və Ermənistan liderləri 2023-cü il mayın 14-də Brüsseldə üçtərəfli görüşdə yenidən görüşmək barədə razılığa gəliblər, –  Şuranın saytında belə deyilir.

Qeyd olunduğu kimi, Azərbaycan və Ermənistan liderləri cari hadisələri müzakirə etmək üçün Brüsseldə üçtərəfli görüşləri zəruri qədər tez-tez davam etdirmək barədə razılığa gəliblər.

Bundan əlavə, bəyanata görə, iki ölkə liderləri 2023-cü il iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla da görüşəcəklər.

Bəyanatda qeyd edildiyi kimi, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini 2023-cü ilin oktyabrında Qranadada keçiriləcək növbəti AQS sammiti çərçivəsində ikinci görüşə dəvət etmək niyyətində olduğunu bildirib.