Ən son xəbərlər:

08.05.2023/ 19:07/ Litvada NATO-nun 12 ölkəsinin hərbi təlimləri keçiriləcək

Litvada NATO-nun 12 ölkəsinin hərbi təlimləri keçiriləcək.

xeberaz.info lenta.ru-ya istinadən xəbər verir ki, Litvada 3,5 min əsgər və yüzlərlə texnikanın iştirakı ilə NATO hərbi təlimləri başlayır.  Litvada “Dəmir Qurd 2023-1” beynəlxalq hərbi təlimləri başlayacaq. İki həftə davam edəcək təlimlərdə Litvadan 3500-ə yaxın əsgər və 600 hərbi texnika iştirak edəcək”, – məlumatda belə deyilir.

Qeyd olunur ki, söhbət Belçika, Çexiya, Böyük Britaniya, ABŞ, Kanada, Xorvatiya, Polşa, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya və Almaniyadan olan əsgərlərdən gedir.

Təlim zamanı Litvada yerləşən NATO-nun ön qüvvələrinin döyüş qrupu və Litva ordusunun “Vaydotas” piyada batalyonu “güc əleyhinə güc” üsulu ilə hücum və müdafiə əməliyyatlarının düzgün aparılmasını məşq edəcək, – mənbə əlavə edir.

Mart ayında Filippində ABŞ-la birgə Balikatan 2022 (“Balikatan-2022”) illik ən böyük hərbi təlimlərə start verilib. 3-cü dəniz piyada diviziyasının komandiri general-mayor Cey Bargeron əmin edib ki, manevrlər regionda güc nümayişi deyil.