Ən son xəbərlər:

08.05.2023/ 18:15/ İstanbul bələdiyyə başqanı Ərzurumda daşqalaq edilib

İstanbul bələdiyyə başqanı Ərzurumda daşqalaq edilib.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, Ərzurumda müxalif İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu seçki mitinqində daşqalaq edilib. Bu barədə “Türkiyənin Ana Xəbərləri” teleqram kanalı məlumat yayıb.

Mitinq başlayandan az sonra İstanbul bələdiyyə sədrinə daş atılıb. Türkiyənin vitse-prezidentliyinə potensial namizəd tədbiri yarımçıq kəsərək, meqafon vasitəsilə vəziyyətə müdaxilə etmədən baş verənləri sadəcə seyr edən beş min yerli polisə müraciət edib.

“Sən buna baxırsan, biz də səni izləyirik” İmamoğlu belə bildirib.

Daha sonra o, ondan çox yaralını gördüyünü bəyan edərək, baş verənlərə görə Ərzurum valisini günahlandıraraq, istefa verməsini tələb