Ən son xəbərlər:

08.05.2023/ 13:35/ Türkiyə anti-Rusiya sanksiyalarına qoşulmaq fikrində deyil

Türkiyə anti-Rusiya sanksiyalarına qoşulmaq fikrində deyil.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ və Aİ-nin birtərəfli qaydada tətbiq etdiyi anti-Rusiya sanksiyalarına qoşulmağı planlaşdırmır.

“ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi birtərəfli sanksiyalara qoşulmayacağıq. Biz öz mənfəətimizdən və öz rifahımızdan irəli gəlirik”, – TASS onun sözlərindən sitat gətirib.

Nazir əlavə edib ki, eyni zamanda Ankara Montrö Konvensiyasının müddəalarının icrasını diqqətlə izləyir.

Mart ayında Türkiyə prezidentliyinə namizəd, Ana Vətən Partiyasının lideri Doğu Perinçək seçkilərdə qalib gələcəyi təqdirdə Qərb ölkələrinin anti-Rusiya sanksiyalarına qarşı mübarizə aparmağa hazır olduğunu bəyan edib.

Türkiyə prezidentliyinə digər namizəd, “Valday” klubunun üzvü, MDBMİ məzunu Sinan Oğan ölkə hakimiyyətini Qərbdən sonra anti-Rusiya sanksiyalarını təkrarlamamağa çağırıb.