Ən son xəbərlər:

08.05.2023/ 13:14/ Türkiyə ABŞ prezidentinin açıqlamalarına əhəmiyyət vermir

Türkiyə ABŞ prezidentinin açıqlamalarına əhəmiyyət vermir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Hürriyyət”ə müsahibəsində respublikanın ABŞ prezidenti Co Baydenin açıqlamalarına əhəmiyyət vermədiyini bildirib.

O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində “Qərb qəyyumluğu aradan qaldırılıb”.

Nazir qeyd edib ki, Türkiyədə bir dənə də olsun qərbyönlü icra hakimiyyəti institutu yoxdur.

İndi ABŞ prezidenti nəsə desə, Türkiyə ona məhəl qoymur”, – nazir belə bildirib.

Onun fikrincə, Türkiyə hakimiyyəti Amerika tərəfinə güvənsəydi, o zaman Türkiyənin taleyi Əfqanıstandakı vəziyyətə bənzəyərdi.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk”ə müsahibəsində ABŞ-ın Ankaraya Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərini Ukraynaya göndərməyi təklif etdiyini, lakin Türkiyə tərəfinin bundan imtina etməsini bildirmişdi.