Ən son xəbərlər:

08.05.2023/ 07: 52/ Ərdoğanın sözçüsü Qərbi Ukrayna münaqişəsində maraqlı olmaqda ittiham edib

Ərdoğanın sözçüsü Qərbi Ukrayna münaqişəsində maraqlı olmaqda ittiham edib.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, Qərb ölkələri Ukraynada hərbi əməliyyatların davam etdirilməsində maraqlıdır və böhranı həll etməyə çalışmır, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın belə deyib.

Hazırda beynəlxalq konyuktura sülhdən daha çox müharibənin tərəfindədir. Aparıcı qüvvələr onun davam etdirilməsinin tərəfdarıdır.  O, “Habertürk” telekanalına müsahibəsində belə deyib.

Bu qarşıdurmanı “yeni soyuq müharibə” adlandıran siyasətçinin sözlərinə görə, münaqişə tərəfləri Moskva və Kiyev deyil, sülh yolu ilə nizamlanmanı istəməyən Rusiya və Qərbdir.

Ankaranın hazırda üzərində işlədiyi böhrandan çıxmaq üçün bir təklifi olduğunu qeyd edən Kalın, perspektivlərin olduğunu əlavə edib.