Ən son xəbərlər:

08.05.2023/ 07: 42/ Avropa Komissiyası Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib

Avropa Komissiyası Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, Ukraynada münaqişə başlayandan bəri ilk dəfə olaraq Avropa Komissiyası Rusiyaya texniki avadanlıqlar tədarük etdiyi iddia edilən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib. “Financial Times”ın bazar günü daxili sənədə istinadən verdiyi məlumata görə, sanksiyalar siyahısı mayın ortalarında müzakirə olunacaq.

Siyahıya 7 Çin şirkəti daxil edilib. Bunlar 3HC Semiconductors, King-Pai Technology, həmçinin Honq Konqun Sinno Electronics, Sigma Technology, Asia Pacific Links, Tordan Industry və Alpha Trading Investments şirkətləridir. Bütün şirkətlər yarımkeçiricilərin, mikroçiplərin və elektronikanın inkişafı sahəsində çalışır.

Rusiya hərbi-sənaye kompleksinin istifadəsi üçün elektron komponentlərin əsas rolunu nəzərə alaraq, üçüncü ölkələrin elektron komponentlərinin inkişafı, istehsalı və təchizatı ilə məşğul olan bəzi şirkətlərin Rusiya hərbi-sənaye kompleksinin də sanksiyalar siyahısına daxil edilməsi məqsədəuyğundur, – Avropa Komissiyasının hazırladığı sənəd layihəsində belə deyilir.

Qeyd olunur ki, sanksiyalar Ermənistandakı bir şirkətə, BƏƏ və Suriyadakı bir neçə firmaya da şamil olunacaq.