Ən son xəbərlər:

08.05.2023/ 06: 36/ Kislovodskda mayın 9-da şəhər yürüşü ləğv edilib

Kislovodskda mayın 9-da şəhər yürüşü ləğv edilib.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Kislovodsk (Stavropol diyarı) kurort şəhərinin hakimiyyəti təhlükəsizlik məqsədilə Qələbə Günü administrasiyasından Hərbi Şöhrət memorialına qədər ənənəvi şəhər yürüşünü ləğv etmək qərarına gəlib, şəhər administrasiyasının mətbuat xidməti bu barədə xəbər verir.

Bizim üçün ilk növbədə vətəndaşlarımızın təhlükəsizliyi önəmlidir. Ona görə də kütləvi yürüş ləğv edilib. Amma hər birimiz 9 May bayramı günündə əsgərlərin xatirəsini ehtiramla yad etməyə gələ bilərik və etməliyik, – məlumatda deyilir.

Şəhərin meri kurort sakinlərindən və qonaqlarından bu qərara məsuliyyətlə və anlayışla yanaşmağı xahiş edib.