Ən son xəbərlər:

08.05.2023/ 05: 38/ Suriya Ərəb Dövlətləri Liqasına qayıdır

Suriya Ərəb Dövlətləri Liqasına qayıdır.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirliklərinin rəhbərləri bazar günü keçirilən iclasda Suriyanın regional təşkilata qaytarılması barədə qərar qəbul ediblər. Bu barədə İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd əs-Səhaf məlumat verib.

“Ərəb Xarici İşlər Nazirləri Şurası Suriyanın Ərəb Dövlətləri Liqasındakı yerinə qaytarılması barədə qərar qəbul edib”, – As-Sumaria telekanalı diplomatın sözlərindən sitat gətirib.