Cənub-Şərqi Asiya ölkələrində istilər +44C-dən çox olub.
xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Vyetnamda rekord istilik qeydə alınıb, mayın 7-də ölkənin şimalındakı Thanhhoa əyalətində termometrlər +44,1°C-ə yüksəlib, bu barədə BBC xəbər verir. Əyalət rəhbərliyi əhalini günün ən isti vaxtında evdən çıxmamağa çağırıb.
Vyetnamda əvvəlki temperatur rekordu 2019-cu ildə, mərkəzi Ha Tinh əyalətində havanın +43,4°C-ə qədər isindiyi vaxt qeydə alınıb.
Digər Cənub-Şərqi Asiya ölkələrində də həddindən artıq isti hava müşahidə olunur. Belə ki, Tailandın qərbində +44,6°C temperatur qeydə alınıb, Myanmada isə termometr +43,8°C-də son 10 ilin ən yüksək həddə çatıb.