Ən son xəbərlər:

07.05.2023/ 18: 44/ Moskvaya qarşı sanksiyalar Aİ ilə beynəlxalq ictimaiyyət arasında münaqişəyə səbəb olacaq

Moskvaya qarşı sanksiyalar Aİ ilə beynəlxalq ictimaiyyət arasında münaqişəyə səbəb olacaq.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Tvitter hesabında xəbərdarlıq edib ki, Avropa İttifaqının Moskvaya qarşı növbəti sanksiyaları onu beynəlxalq ictimaiyyətlə münaqişəyə sala bilər.

Onun sözlərinə görə, gələcəkdə 11-ci anti-Rusiya sanksiyalar paketində Aİ assosiasiyaya üzv olmayan və Moskvaya qarşı məhdudiyyətlər tətbiq etməyən bütün ölkələri hədəfə almaq niyyətindədir.

“Yəni Aİ bizi bütün dünya ilə müharibəyə cəlb etmək istəyir. Biz bu çılğınlığı dayandırmalıyıq”, – deyə siyasətçi çağırış edib.

Bundan əvvəl İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni demişdi ki, bu gün Avropa ölkələrini nəzərə alanlar azdır. O, Avropa ölkələrinin nüfuzunun aşağı düşməsini hərbi siyasətin mükəmməl olmaması ilə əlaqələndirib.