Ən son xəbərlər:

07.05.2023/ 16: 09/ İsveçrə hakimiyyət orqanları yaxın vaxtlarda Alman Leopard tanklarının yenidən satılması imkanını nəzərdən keçirəcək

İsveçrə hakimiyyət orqanları yaxın vaxtlarda Alman Leopard tanklarının yenidən satılması imkanını nəzərdən keçirəcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, İsveçrənin xarici işlər naziri İqnazio Kassis bildirib ki, İsveçrə Federal Şurası (hökumət) yaxın vaxtlarda “Leopard 2” tanklarının Almaniyaya yenidən satılması məsələsinə baxacaq.

Kassis bu barədə Sonntags Zeitung qəzetinə müsahibəsində bildirib. Diplomatın sözlərinə görə, İsveçrə hakimiyyəti hələlik bu məsələ ilə bağlı yekun qərar verməyib. O bu məsələyə yaxın vaxtlarda baxacaq.

Martın 3-də Almaniyanın İsveçrəyə Leopard 2 tanklarının alınması üçün ərizə göndərdiyi məlum olub.