Ən son xəbərlər:
????????????????????????????????????

07.05.2023/ 08: 36/ Naftalanda arxeoloji turizm tibbi turizmin inkişafına da töhfə olacaq

Naftalanda arxeoloji turizm tibbi turizmin inkişafına da töhfə olacaq.

xeberaz.info Naftalan  ŞİH-ə istinadən xəbər verir ki  Naftalan şəhəri, dünyada müalicəvi nefti ilə məşhur olan bir kurort şəhəridir. Şəhərin Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş abidə, Naftalanın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. Bu da arxeoloji turizmin inkişafı üçün geniş imkanlar yaradır.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun rəhbəri, tarix elmləri doktoru, professor Abbas Seyidovla görüşdə ŞİH-nin başçısı Vüqar Novruzov qeyd edib ki, Naftalan şəhəri dünyada unikal müalicəvi nefti ilə məhşur kurort şəhəridir. Professor Seyidov isə, bu il “Qalaboynu” yaşayış yerində arxeoloji qazıntıların davam etdiriləcəyini vurğulayıb. Qədim dövrə aid abidələrin daha sıx yerləşdiyi ərazidə bu cür arxeoloji qazıntıların aparılması və qədim abidələrin aşkar edilməsi arxeo turizmlə, tibbi turizmin sintezinə öz töhfəsini verəcək.

xeberaz.info  saytının yaradıcı kollektivi də ümid edir  ki, Naftalan ŞİH-də aparılan arxeoloji qazıntılar davam etdiriləcək və bu, arxeoloji turizmin inkişafına zəmin yaradacaq. Qədim dövrə aid abidələrin aşkar edilməsi isə, turizm sahəsində daha çox maraqlı məkanların əlavə edilməsinə imkan verəcək. Naftalanın unikal müalicəvi nefti ilə birgə arxeoloji turizm, tibbi turizmin inkişafına da töhfə olacaq.