Ən son xəbərlər:

07.05.2023/ 07: 39/ Paşinyan reallığı qəbul etməyə çağırış edib

Paşinyan reallığı qəbul etməyə çağırış edib.

Baş nazir Nikol Paşinyan hesab edir ki, Ermənistan 2021 və 2022-ci illərdə Ermənistan-Azərbaycan sərhədində silahlı eskalasiyalar zamanı KTMT ilə vəziyyəti emosiya olmadan təhlil etməlidir. O, bu barədə Praqada erməni icmasının nümayəndələri ilə görüşündə bildirib. xeberaz.info eadaily-ya istinadən bu barədə xəbər verir.

“2021-2022-ci illərdə biz KTMT-nin fəaliyyətsizliyini gördük. Nə baş verdiyini, hansı səbəbdən baş verdiyini anlamaq və bütün bunlara reaksiyamızın necə olması lazım olduğunu anlamaq üçün bu reallığı mümkünsə emosiyalarsız qəbul etməliyik”. Ermənistan lideri belə qeyd edib.

Paşinyan Ermənistanın təhlükəsizliyinin yeganə təminatının Cənubi Qafqazda hərtərəfli sülhün əldə edilməsi olduğu tezisini təkrarlayıb, bu səbəbdən onun rəhbərlik etdiyi hökumət sülh gündəmini irəli sürür. Onun sözlərinə görə, dünya ölkələrinin təxminən 70%-i öz təhlükəsizliyini təkbaşına təmin edə bilmir, lakin qonşuları ilə sülh yaratmaqla buna nail olurlar.

Ötən cümə axşamı Çexiyaya səfəri zamanı Paşinyan Ermənistanın KTMT ilə münasibətlərindəki çətinliklərə işarə edib.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasını qəbul etməyə hazırdır, lakin bu məsələ ilə bağlı müzakirələr davam edir, Nikol Paşinyan aprelin 20-də belə bildirib.