Steven Seagal XHƏ zonasında baş verən hadisələr haqqında sənədli film çəkir.
xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Amerikalı aktyor Stiven Siqal Ukrayna ətrafında baş verənlərlə bağlı bütün həqiqəti göstərəcək xüsusi əməliyyat zonasında baş verənlər haqqında sənədli film hazırlayır. Bu barədə jurnalistlərə Samarada keçirilən mətbuat konfransında aktyorun özü məlumat verib.
Hazırda XHƏ zonasında baş verən hadisələr haqqında sənədli film hazırlanır, çünki inanıram ki, bu böyük bir vəzifədir – bizə və bütün dünyaya orada nə baş verdiyini göstərmək, bütün həqiqəti göstərmək, dünyanın digər ölkələrinin, xüsusən də NATO, ABŞ və digər ölkələrin nümayəndələrinin dediyi kimi, bunun bizim işğalımız olmadığını sübut etmək və göstərmək lazışmdır, – Seqal belə bildirib.