Ən son xəbərlər:

07.05.2023/ 05: 24/ Rumıniyanın paytaxtında hökumət və Qərb əleyhinə kütləvi etiraz aksiyası keçirilir

Rumıniyanın paytaxtı Buxarestdə hökumət və Qərb əleyhinə kütləvi etiraz aksiyası keçirilir.

Bu barədə xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir. Rumınların Birləşməsi Alyansı partiyasının şənbə günü Buxarestdə təşkil etdiyi anti-hökumət və anti-Qərb etirazında təxminən on min insan iştirak edib.  Rumıniya Radiosu bu barədə məlumat yayıb.

Nümayişçilər şəhərin mərkəzindəki  Parlament Sarayından keçərək hakim Milli Liberal və Sosial Demokrat partiyalarının, eləcə də hökumətin qərargahına doğru irəliləyiblər. Etirazçıların marşrutu ilə nəqliyyat vasitələrinin hərəkəti əngəllənib, onlaları jandarmlar müşayiət edib və heç bir insident qeydə alınmayıb.

Verilən məlumata görə, çoxlu sayda etirazçı Rumıniyanın digər şəhərlərindən avtobuslarla paytaxta gəlib.