Ən son xəbərlər:

06.05.2023/ 19: 30/ Birləşmiş Ərəb Əmirlikləri Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusu alıb

Birləşmiş Ərəb Əmirlikləri Şanxay Əməkdaşlıq Təşkilatında  dialoq üzrə tərəfdaş statusu alıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, BƏƏ ŞƏT-in Dialoq üzrə Tərəfdaş statusunu alıb. Bu barədə BƏƏ xəbər agentliyi məlumat yayıb.

“Birləşmiş Ərəb Əmirlikləri rəsmi olaraq Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusu alıb”, – deyə məlumatda bildirilir.

Müvafiq memorandumun təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin iclası çərçivəsində imzalandığı bildirilir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrində milli valyutalardan istifadənin artırılması üzrə iş artıq dayandırıla bilməz.