Ən son xəbərlər:

06.05.2023/ 19: 07/ Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Zalujnı ABŞ Baş Qərargah rəisi Milli ilə cəbhədəki vəziyyəti müzakirə edib

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Zalujnı ABŞ Baş Qərargah rəisi Milli ilə cəbhədəki vəziyyəti müzakirə edib.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Zalujnı ABŞ Baş Qərargah rəisi Milli ilə cəbhədəki vəziyyəti müzakirə edib.

“Mən ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley ilə davamlı dialoqu davam etdirirəm”, Zalujnı Telegram-da belə yazıb.

Zalujnı izah edib ki, o, amerikalı generala cəbhədəki vəziyyət barədə məlumat verib və Ukrayna Silahlı Qüvvələrinin gələcək addımlarından danışıb.

Milli daha əvvəl bildirmişdi ki, Ukrayna hərbçiləri hazırda Xüsusi Hərbi Əməliyyat zonasında hücum əməliyyatlarına başlaya bilər.