Ən son xəbərlər:

06.05.2023/ 18: 54/ Qarabağ erməniləri Azərbaycan vətəndaşlığı almalıdırlar

Qarabağ erməniləri Azərbaycan vətəndaşlığı almalıdırlar.

xeberaz.info xəbər verir ki, Qarabağda yaşayan ermənilər dövlətin qanunlarına əməl etsələr, ASAN xidmət vasitəsilə Azərbaycan vətəndaşlığını ala biləcəklər. Azərbaycan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri Ülvi Mehdiyev bildirib ki, Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığı ya mobil yolla, ya da “ASAN xidmət” vasitəsilə veriləcək.

“Bununla bağlı hər hansı qərar olarsa, icra edəcəyik. Orada yaşayan vətəndaşlarımızla bağlı qərarı Azərbaycan verir” – Ülvi Mehdiyev belə bildirib.

O, qeyd edib ki, Qarabağda bu ölkənin (Azərbaycanın) qanunlarına əməl edən erməni sakinlər Azərbaycan vətəndaşlığını alacaqlar. Mehdiyev əlavə edib ki, Prezident İlham Əliyevin bu məsələ ilə bağlı dəqiq baxışı var.