Ən son xəbərlər:

06.05.2023/ 07: 43/ Goranboy RİH-nin Başçısı ziyan dəymiş fərdi təsərrüfatlara baxış keçirib

Goranboy RİH-nin Başçısı ziyan dəymiş fərdi təsərrüfatlara baxış keçirib.

xeberaz.info Goranboy RİH-ə istinadən xəbər verir ki, 30 apreldə, leysan yağışı və dolu nəticəsində çayların su səviyyəsi artmış və 1 şəhər, 3 qəsəbə, 8 kənd əhatə edən 3436 təsərrüfat ziyan çəkmişdir. Börü və Gürzallar kəndlərinin yol infrastrukturu, Dəliməmmədli şəhəri, Aşağı Ağcakənd, Yuxarı Ağcakənd və Qazanbulaq qəsəbələrindəki evlər, Borsunlu, Yəhərçi Qazaxlar, Sarov, Veyisli, Sarovlu və Muzdurlar kəndlərindəki iri və xırda buynuzlu mal-qaralar, ev quşları və əkin sahələri ziyan çəkib.

Məhərrəm Quliyev, digər rayon rəhbər şəxsləri ilə birgə, Gürzalılar kəndində dəymiş ziyanın müəyyən edilməsi və fəsadların aradan qaldırılması üçün çalışacaqlarını bildirərək, aidiyyəti məsul vəzifəli şəxslərə tapşırıqlar verib. RİH yanında Fövqəladə Hallar Komissiyası da təbii fəlakət nəticəsində dəymiş ziyanın öyrənilməsi və fəsadların aradan qaldırılması ilə bağlı işlərini davam etdirir.

Rəsmi monitorinq nəticələrinə əsasən, dövlət qurumlarına rəsmi müraciətlərin ünvanlanması RİH tərəfindən təmin ediləcəkdir. Bu halda, təsərrüfat sahibləri və əhalinin ziyanını azaltmaq üçün dövlət qurumları və icra hakimiyyəti birgə çalışacaqlar.