Ən son xəbərlər:

06.05.2023/ 07: 29/ Goranboyda təbii fəlakətdən zərər çəkmiş ailələrə Milli Məclisin deputatı Ağalar Vəliyev maddi yardım göstərdi

Goranboyda təbii fəlakətdən zərər çəkmiş ailələrə Milli Məclisin deputatı Ağalar Vəliyev maddi yardım göstərdi.

xeberaz.info Goranboy RİH-ə istinadən xəbər verir ki, 2023-cü il aprelin 30-da ölkəmizin şimal-qərb rayonlarında yaşanan əlverişsiz hava şəraiti, Goranboy rayonunda ciddi fəsadlara səbəb olmuşdur. Yağan leysan yağışları və dolu çaylarda suyun səviyyəsinin qalxması sel sularının yaranmasına səbəb olmuş və fərdi yaşayış evləri, həyətyanı və əkin sahələrinə, avtomobillərə, mal-qaraya, ev quşlarına və fərdi təsərrüfatlara ziyan dəymişdir.

Hazırda, rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən operativ tədbirlər görülməkdədir və monitorinq aparılır. Ayrıca, Mili Məclisin deputatı Ağalar Vəliyev də hadisəyə reaksiya göstərmiş və deputat ofisinin nümayəndələri Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birlikdə ən çox ziyan çəkmiş kəndlərdə baxış keçiriblər. Bu kəndlər arasında Aşağı Ağcakənd qəsəbəsi və Gürzallar kəndi də var.

Təbii fəlakət nəticəsində təsərrüfatlarına zərər dəymiş 22 ailəyə maddi yardım göstərilməsi isə son dərəcə mühüm və əhəmiyyətli bir addımdır.