Ən son xəbərlər:

06.05.2023/ 06: 44/ Dünyada COVID-19-dan 20 milyondan çox insan ölüb

Dünyada COVID-19-dan 20 milyondan çox insan ölüb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının 7 milyondan az ölüm bildirməsinə baxmayaraq, dünyada ən azı 20 milyon insan COVID-19-dan ölüb. Bu barədə cümə günü Cenevrədə keçirilən brifinqdə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

ÜST təxminən 7 milyon ölüm xəbərini alıb, lakin biz bilirik ki, bu rəqəm bir neçə dəfə çoxdur – ən azı 20 milyondur.

Baş direktor bir ildən artıqdır müşahidə edilən covid-dən ölüm hallarının azalmasına diqqət çəkib. Bununla əlaqədar, o, cümə günü ÜST-ün ekspert komitəsinin tövsiyəsi əsasında SARS-CoV-2 koronavirusu ilə bağlı qlobal səhiyyə fövqəladə rejiminin sona çatdığını elan edib.