Ən son xəbərlər:

06.05.2023/ 06: 36/ Zaporojye vilayətinin cəbhəyanı ərazilərindən 70 minə yaxın insanın çıxarılması planlaşdırılır

Zaporojye vilayətinin cəbhəyanı ərazilərindən 70 minə yaxın insanın çıxarılması planlaşdırılır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Zaporojye vilayətinin şimal-şərqində təmas xəttinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrinin sakinlərinin bir hissəsinin köçürülməsinə başlanılıb, deyə vilayət hökumətinin iqtisadiyyat üzrə sədr müavini Andrey Kozenko bildirib.

Kozenko cümə günü jurnalistlərə deyib: “Ümumilikdə 70 minə yaxın insanın məcburi köçkünə çevriləcəyini güman edirik. Bu günə qədər Poloqovski rayonunda köçkünlük artıq başlayıb”.

Kozenko dəqiqləşdirib ki, hazırda bu ərazinin 500-ə yaxın sakini regionun cənubundakı Berdyanska deportasiya edilib.