Ən son xəbərlər:

05.05.2023/ 17: 17/ ABŞ Rəisinin Suriyaya səfərindən narahatdır

ABŞ Rəisinin Suriyaya səfərindən narahatdır.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani prezident İbrahim Rəisinin Suriyaya səfəri və bu səfərin nəticələri ilə bağlı ABŞ-ın narahat olduğunu bildirib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

ABŞ Dövlət Departamentinin köməkçisi Tehran və Dəməşq münasibətlərinin dərinləşməsindən narahatlığını ifadə edərək, hesab edib ki, bu əlaqələrin genişlənməsi Amerika və region ölkələrini narahat edir.