Ən son xəbərlər:

05.05.2023/ 16: 37/ Vuçiç Serbiya hökumətini ölüm hökmünü qaytarmağa çağırıb

Vuçiç Serbiya hökumətini ölüm hökmünü qaytarmağa çağırıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciətində Serbiyada ölüm hökmünün geri qaytarılmasını hökumətə təklif etdiyini bildirib.

Mən baş nazirə edam cəzasını qaytarmağı təklif etdim, lakin o və hökumət buna qarşıdır, çünki o zaman Avropada ölüm hökmü Belarusda və yeganə bizdə olardı. Biz yəqin ki, bəzi “çox ağıllı” konvensiyalara görə bunu edə bilmirik. Mən də bir vaxtlar ölüm hökmünün əleyhinə olmuşam və indi belə bir siyasi mövqeyə malik olduğum üçün çox təəssüflənirəm”, – Vuçiç cümə günü belə deyib.

Mayın 3-də Belqradın mərkəzindəki məktəbdə yeniyetmə həmyaşıdlarına atəş açıb. Atışma nəticəsində 9 nəfər – səkkiz məktəbli və bir mühafizəçi həlak olub. Daha altı uşaq və bir müəllim yaralanıb və hazırda xəstəxanadadırlar. Serbiya mətbuatının yazdığına görə, 13 yaşlı uşaq iki tapança və “Molotov kokteyli” ilə təhsil müəssisəsinə gəlib. Vuçiç daha sonra atəş açan şəxsin yaşı az olduğu görə cinayət məsuliyyətinə cəlb oluna bilmədiyi və psixiatrik xəstəxanaya yerləşdiriləcəyini bildirib. Ölkədə 3 günlük matəm elan edilib.