Ən son xəbərlər:

05.05.2023/ 16: 05/ Tayvanda münaqişə baş verərsə, çip istehsalı dayandırıla bilər

Tayvanda münaqişə baş verərsə, çip istehsalı dayandırıla bilər.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Müasir çiplərin ən böyük istesalçısı olan Tayvanda yarımkeçirici istehsalı Pekinin adaya qarşı hərbi əməliyyatları zamanı dayana bilər və nəticədə dünya iqtisadiyyatı ildə 1 trilyon dollara qədər itirər. Bu bəyanatla cümə axşamı ABŞ-ın  Milli Kəşfiyyatının direktoru Avril Hayns çıxış edib.

Onun sözlərinə görə, Tayvanın ən böyük mikroçip istehsalçısı TSMC-nin (Taiwan Semiconductor Manufacturing Company) yarımkeçiriciləri “dünyada demək olar ki, bütün kateqoriyalı elektron cihazlarda” istifadə olunur. Mümkün münaqişə TSMC-də istehsalın dayandırılmasına səbəb olacaq, – Hayns belə deyib.

O, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində dinləmələrdə çıxış edərək, “Bunun böyük qlobal maliyyə təsiri ilk bir neçə il ərzində hər il 600 milyard və 1 trilyon dollar arasında olacaq”, – Hayns belə bildirib.