Ən son xəbərlər:

05.05.2023/ 10: 49/ ABŞ və daha 35 ölkə Rusiya idmançılarının yarışlara buraxılması üçün BOK-a müraciət edəcəklər

ABŞ və daha 35 ölkə Rusiya idmançılarının yarışlara buraxılması üçün BOK-a  müraciət edəcəklər.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, ABŞ və daha 35 ölkə Rusiya idmançılarının turnirlərə buraxılması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət edəcəklərini açıqlayıb.

“İdman təşkilatlarının muxtariyyətinə tam hörmət etməklə yanaşı, BOK və beynəlxalq federasiyalar tərəfindən tövsiyələrin yerinə yetirilməsinə nəzarət edəcəyik. Əgər bu məsələlər həll olunmasa, BOK-un öz yanaşmasına yenidən baxacağını gözləyirik”, – deyə məlumatda bildirilir.

BOK federasiyalara Xüsusi Hərbi Əməliyyatı dəstəkləməyən ruslara neytral idmançı kimi yarışmağa icazə verməyi tövsiyə edib. Eyni zamanda, təşkilat silahlı qüvvələr və təhlükəsizlik orqanları ilə əlaqəli idmançıların yarışlara buraxılmamasını təklif edir.

Bundan əvvəl Beynəlxalq Qolf Federasiyasının ruslara neytral statusda yarışmağa icazə verəcəyi bildirilirdi.