Ən son xəbərlər:

05.05.2023/ 09: 55/ Paris Saint-Germain-in hücumçusu Lionel Messi tezliklə klubu tərk edə bilər

Paris Saint-Germain-in hücumçusu Lionel Messi tezliklə klubu tərk edə bilər.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, L’Équipe-nin məlumatına görə, oyunçu Səudiyyə Ərəbistanına planlaşdırılmamış səfərə görə iki həftəlik diskvalifikasiyadan sonra heyətə qayıtmağın mənasını görmür. Qeyd olunur ki, Messi “Park des Princes”də oynamağa hazırlaşmır, bu da onun azarkeşlər tərəfindən fitə basılacağını göstərir.

Bu mövsüm argentinalı parislilərin heyətində 36 matçda 20 qol vurub və 19 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ildə başa çatır.

Daha əvvəl Messinin yaxın günlərdə PSJ ilə müqaviləni poza biləcəyi bildirilirdi.