Ən son xəbərlər:

05.05.2023/ 07: 05/ Ukrayna Finlandiya və İsveçdən sonra NATO-nun 33-cü üzvü olmalıdır

Ukrayna Finlandiya və İsveçdən sonra NATO-nun 33-cü üzvü olmalıdır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna anlayır ki, öz ərazisində hərbi əməliyyatlar davam etdiyi müddətdə NATO-ya üzv ola bilməyəcək, lakin alyansdan silahlı münaqişə bitdikdən sonra üzv ola biləcəyi barədə siqnal almaq istəyir. Bunu cümə axşamı Ukrayna prezidenti Vladimir Zelenski Haaqada Niderlandın baş nazirləri Mark Rutte və Belçikanın Baş nazirləri Aleksandr De Kroo ilə birgə mətbuat konfransında deyib.

“Biz realistik, bilirik ki, müharibə zamanı NATO-da olmayacağıq. Amma biz müharibədən sonra NATO-da olacağımıza dair çox aydın siqnal almaq istəyirik”, – deyə Zelenski bildirib.

Çərşənbə günü Helsinkidə çıxış edən Zelenski deyib ki, Ukrayna Finlandiya və İsveçdən sonra NATO-nun 33-cü üzvü olmalıdır. O, əlavə edib ki, Ukrayna hərbi əməliyyatlar davam etdiyi müddətdə NATO-ya üzv ola bilməz, lakin onun alyansa daxil olması ilə bağlı siyasi qərarın qəbuluna heç bir maneənin olmadığı qənaətindədir.