Ən son xəbərlər:

04.05.2023/ 16: 56/ Kremlə hücuma cəhd edənlər tapılacaq, onlar qaçılmaz cəza ilə üzləşəcək

Kremlə hücuma cəhd edənlər tapılacaq, onlar qaçılmaz cəza ilə üzləşəcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Dronların köməyi ilə Kremlə hücum cəhdində günahkar olanların hamısı tapılacaq, onları ağır və qaçılmaz cəza gözləyir. Bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Belə cinayətlər cavabsız qalmamalıdır. Bildiyiniz kimi, Rusiya İstintaq Komitəsi hakimiyyət orqanlarının qərar qəbul etməsinə təsir etmək məqsədi ilə əhalini qorxutmaq, insanlara ziyan vurmaq və onların ölümünə səbəb olan hərəkətlər faktı üzrə cinayət işi açıb. Bütün cinayətkarların tapılacağına əminik. Onları ağır və qaçılmaz cəza gözləyir”, – deyə məlumatda bildirilir.