Ən son xəbərlər:

04.05.2023/ 16: 13/ Polşa çaylarının sahillərindən keçən şərq sərhədləri Aİ-nin vəsaitləri ilə gücləndiriləcək

Polşa çaylarının sahillərindən keçən şərq sərhədləri Aİ-nin vəsaitləri ilə gücləndiriləcək.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, Polşanın çayların sahilləri ilə keçən şərq sərhədləri Aİ büdcəsindən ayrılan vəsait hesabına gücləndirilə bilər. Bu barədə cümə axşamı PAP agentliyinə Polşa sərhəd mühafizəsinin nümayəndəsi leytenant Anna Mixalskaya bildirib.

“Dövlət sərhədinin mühafizəsi haqqında qanuna Daxili İşlər və İnzibati İşlər Nazirliyi tərəfindən təklif edilən dəyişikliklər sayəsində sərhəd mühafizəsinə yeni investisiyalar mümkün olacaq”, – deyə o bildirib. “Bu dəyişikliklər qoruyucu strukturların tikintisi və modernləşdirilməsi üçün Aİ büdcəsindən vəsaitlərin istifadəsinə imkan verəcək”.

Mixalskayanın sözlərinə görə, Buq və Nareva, eləcə də Rusiya, Belarus və Ukrayna ilə sərhəddə yerləşən digər çayların sahillərində videokameralar və hərəkət sensorları ilə təchiz olunmuş məftilli hasarlar tikiləcək. O, bu işlərin dəyərini açıqlamayıb.