Ən son xəbərlər:

04.05.2023/ 06: 08/ Kreml dron hücumunu prezidentə qarşı terror aktı adlandırıb

Kreml dron hücumunu prezidentə qarşı terror aktı adlandırıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Mayın 3-nə keçən gecə Rusiya prezidentinin Kreml iqamətgahına pilotsuz təyyarələrlə zərbə endirmək cəhdi planlaşdırılan terror aktıdır və dövlət başçısına sui-qəsddir, Kreml  belə bildirir.

Hücumda istifadə edilən hər iki PUA hərbçilərin və xüsusi təyinatlıların vaxtında gördüyü tədbirlər nəticəsində sıradan çıxarılıb. Pilotsuz təyyarələrin düşməsi və qırıntıların Kreml ərazisinə səpələnməsi nəticəsində insan tələfatı və maddi ziyan qeydə alınmayıb.

“Biz bu hərəkətləri terror aktı kimi qiymətləndiririk”: Kreml dron hücumunu prezidentə qarşı cəhd adlandırıb

Kremlin mətbuat xidməti Kiyevin mayın 3-nə keçən gecə Rusiya prezidentinin Kreml iqamətgahına pilotsuz uçuş aparatları ilə zərbə endirmək cəhdi barədə məlumat yayıb.

Kreml qeyd edib ki, Rusiya tərəfi cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Prezidentin mətbuat katibi Dmitri Peskovun daha sonra aydınlaşdırdığı kimi, dövlət başçısı hücum zamanı Kremldə olmayıb.