Ən son xəbərlər:

04.05.2023/ 05: 30/ Daşkənd alman sərmayələrinin toxunulmazlığına zəmanət verir

Daşkənd alman sərmayələrinin toxunulmazlığına zəmanət verir.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Almaniyanın Özbəkistan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 5,5 milyard dollara çatıb ki, bunun da 4 milyardı son bir neçə ildə cəlb edilib. Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Almaniya ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün Özbəkistana 9 milyard dollar sərmayə qoyur. Sazişlər prezident Şavkat Mirziyoyevin mayın 2-3-də Almaniyaya səfəri çərçivəsində Berlində keçirilən biznes forumda imzalanıb. Bu, aprelin 30-da keçirilən referendumda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin qəbulundan sonra mümkün olub. Dövlət ilk dəfə olaraq əlverişli investisiya və biznes mühitinin, mülkiyyət toxunulmazlığının təmin edilməsi və məhkəmə hakimiyyətinin müstəqilliyinə şərait yaradılması üzrə öhdəliklər götürür.

“Özbəkistan Almaniyaya etibarlı strateji tərəfdaş kimi baxır”, – deyə prezident Şavkat Mirziyoyev federal kansler Olaf Şolzla görüşdə qarşılıqlı ticarətin iki dəfə artdığını və birgə layihələrin sayının artdığını qeyd edib.

Olaf Şolz, öz növbəsində, Almaniya hökumətinin Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasına və Avropa İttifaqı ilə Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanmasına bundan sonra da dəstək verməyə hazır olduğunu bildirib.